Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11
.
İqtisadi böhran Yunanıstanda evlərin qiymətini 60 faiz ucuzlaşdırıb.

Türkiyənin «Sabah» qəzetinin xəbərinə görə, son bir neçə ayda 9 min 300 türk qonşu ölkədə ev alıb.

Bu evlərin 8 mini yunan adalarının payına düşür.

Afinadakı mərkəzi əmlak bankı- «Ploumis» bildirir ki, türklər orta qiyməti 300 min avro olan evlərə üstünlük verirlər.

Böhrandan öncə, məsələn, 2009-cu ildə həmin evlər 500-700 min avroya satılırdı.

Yunanlstandakı ağır böhran evlərin ucuzlaşmasına səbəb olduğu qədər orta təbəqənin də həyatını çətinləşdirir. Bu təbəqənin təmsilçiləri vergi və bank borcları ucbatından satış və istehsal obyektlərini qapatmağa məcbur qalırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG