Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Azərbaycan Dövlət Muğam Teatrı ləğv edilib


Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib.
APA-nın verdiyi məlumata görə, qərarda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilsin.
Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almaq və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG