Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:31

Büdcə - 2014 [Video]


-


Gələn həftə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq.

«İşdən Sonra» verilişində büdcə layihəsinin əsas məqamları müzakirə edilib.

İqtisadçı Zöhrab İsmayılov 2014-cü ilin büdcə layihəsinin əsas məqamları və əvvəlki illərdən fərqlərini belə izah edir:

«Gələn il dövlət büdcəsinin gəlirləri azalacaq. Xərclərin isə artacağı gözlənilir. Son illərdə ilk dəfə dövlət büdcəsində 1.7 milyard manata qədər kəsr olacaq. Dövlət büdcəsinin kəsrinin örtülməsi üçün Qərb ölkələrindəki üsullardan istifadə olunmur. Bu kəsrin bir hissəsi kreditlərlə örtüləcək, bir hissəsinin necə örtüləcəyi bəlli deyil. Büdcədə diqqəti cəlb edən bir məqam da budur ki, investisiya xərcləri də azalacaq. Kommunal xidmətlərə, yanacağa ayrılan xərclərin kəskin artımı ekspertləri belə qənaətə gətirir ki, kommunal xidmətlərin, yanacağın qiyməti artacaq».

Nazim Məmmədov büdcə layihəsində vergilərlə bağlı rəqəmlərdən narazıdır:

«Azərbaycanda qonşu ölkələrə nisbətən elə tariflər tətbiq olunur ki, kommunal xidmətlərin qiymətini artırmağa ehtiyac yoxdur. Vergilərlə bağlı rəqəmlər məni qane etmir. Sahibkarlıq subyektləri vergidən yayınırlar. Azərbaycan iqtisadiyyatının vergi potensialı əslində daha yüksəkdir...».
XS
SM
MD
LG