Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:48

Ə. Həsənov Rusiyada yaşayan azərbaycanlıların taleyindən narahatdır


Əli Həsənov (Arxiv foto)
Əli Həsənov (Arxiv foto)
.
«Rusiyada baş verən son proseslərə görə orada yaşayan azərbaycanlıların taleyindən narahatıq».

Bunu APA-ya Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Rusiyadakı səfirlik bu proseslərin nizama salınması üçün öz təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü dəfələrlə açıqlayıb: «Hazırda Rusiya hökuməti məsələnin həlli ilə məşğuldur. Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür».
Əli Həsənov bu hadisələrdən Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə iddialara toxunub:

«Mütəxəssislər, tədqiqatçılar bu məsələləri öz nöqteyi-nəzərindən yozmağa çalışır. Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük əsasında aparılır. Hər biz üzv dövlət ora qoşulmanın müsbət və mənfi tərəflərini dəyərləndirir, buna müvafiq də qərar verir. Hər bir üzv dövlətin bu prosesdə iştirakının ali məqsədi öz milli maraqlarını, milli mənafelərini təmsil etməkdən ibarətdir. Ona görə də düşünürəm ki, bu proseslərdə ayıq yanaşma daha çox mühüm rol oynayır. Azərbaycan və Rusiya da bu məsələyə daha ayıq başla yanaşır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG