Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Zümrüd Yağmurdan yeni roman


-

Yazıçı Zümrüd Yağmur yeni romanını çapa hazırlayır.

“Yağış qadın” adlanan roman Qarabağ müharibəsindən bəhs edir.

Müəllif romanından danışarkən bildirib ki, əsərdə döyüş səhnələri, müharibənin gedişi əks olunmayıb. Müharibənin xalqların və insanların gələcəyini əngəllədiyi, milli kimliklərin insan kimliyi üzərinə qalxması ilə yaranan faciə təqdim olunub.

Romanda hadisələr bir gündə baş verir və tarixin üç dönəmi bir günə sığışdırılıb.

Müəllif onu da deyib ki, roman paralel olaraq Türkiyədə də dərc olunacaq. Əsəri Ankarada “Sarkac” yayınlar evi nəşr edəcək.

Xatirladaq ki, may ayında eyni nəşriyyat müəllifin “Diriləri basdırın” əsərini yayınlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG