Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

Prokuror «Eurovision» məhbuslarına iş istəyib


Bakıda keçirilmiş «Eurovision» mahnı müsabiqəsi
Bakıda keçirilmiş «Eurovision» mahnı müsabiqəsi
-
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində terror aktları planlaşdırmaqda ittiham olunanların məhkəməsi olub.
Dövlət ittihamçısı ittiham olunanlardan 3 nəfərə ömürlük, 13 nəfərə 15 il, 2 nəfərə 11 il, digərlərinə isə 9 ildən 10 ilədək cəza verilməsini istəyib.
Məlumatı AzadlıqRadiosuna vəkil Nemət Kərimli verib.
Nemət Kərimli deyib ki, onun müdafiə etdiyi Mehdi Padarov 2012-ci ilin aprelində Gəncədə təhlükəsizlik qüvvələri ilə silahlı birləşmə arasında baş verən toqquşmada öldürülən birləşmə rəhbəri Vüqar Padarovun qardaşıdır:
«Ancaq o ittihamları qəbul etmir. Prokuror isə Mehdi Padarova prokuror 11 il cəza istədi. O isə özünü odlu silahın satışında vastəçilik etməkdə qismən təqsirli bilirdi. Qardaşı dini qrupda olsa da özü olmayıb. Özü də Mehdi Padarov evində içkili vəziyyətdə həbs edilmişdi. Digər təqsirləndirilənlər də deyirdi ki, onun dinlə əlaqəsi yoxdur».
Vəkil deyib ki, ittiham olunanlar terror aktları planlaşdırmaqda ittiham olunsalar da onların əməlləri iş materiallarında sübut olunmur: «Bəzilərində silah olub. Özünü qismən təqsirli bilənlər də, ittiham üzrə tam təqsirli bilənlər də var. Ancaq bəziləri özlərini ümumiyyətlə təqsirli bilməyib».
Məhkəmə prosesi noyabrın 12-də davam edəcək.
Həmin gün vəkillər çıxış edəcək.
Təqsirləndirilənlər 2012-ci ildə terror aktları planlaşdırmaqda, hüquq-mühafizə orqanlarına silahlı basqında, bir sıra otellərdə və «Eurovision 2012» müsabiqəsinin keçirildiyi Crystal Hall-da və Dövlət Bayraq Meydanında partlayışlar törətməkdə ittiham olunur.
XS
SM
MD
LG