Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:43

Naxçıvandakı idarə və müəssisə nümayəndələri iməciliklərdə...


Arxiv foto

Arxiv foto

.
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Nəşr edilib 05.11.2013

Növbəti iməciliklərdə yeni yaşıllıqlar salınmışdır
…Noyabrın 2-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstərmişlər. Uzunoba Su Anbarı yaxınlığındakı terrasda 2 min ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ərazilər suvarılmış, alaq otlarından təmizlənmişdir.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmiş, Dizə və Gümüşlü kəndləri arasındakı yol kənarlarına 400 ədəd meyvə ağacı əkilmiş, Yuxarı Daşarx Kənd Mərkəzinin ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
...Culfa rayonunun sakinləri Naxçıvan-Ordubad magistral yolunun sağ və sol hissəsində 1100 ədəd meyvə, Teyvaz və Əlincə kəndlərində yeni inşa olunmuş obyektlərin ətrafında 320 ədəd həmişəyaşıl ağac, 700 gül kolu əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndindən keçən hissəsində yol kənarlarına 1500 ədəd meyvə ağacı, Xok kəndində isə 500 ədəd gül kolu əkmişlər.
XS
SM
MD
LG