Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59

Suriyada 9,3 milyon adamın xarici yardıma ehtiyacı var


Bu Suriya əhalisinin 40 faizi deməkdir.
Məlumatı BMT yayıb.
Təşkilat sentyabr ayında Suriyada 6,8 milyon adamın yardıma ehtiyacı olduğunu bildirmişdi. Bu müddət ərzində yardıma ehtiyacı olanların sayı 2,6 milyon nəfər artıb.
Təşkilatın humanitar yardım üzrə rəhbəri Valerie Amos deyib ki, Suriyada vəziyyət sürətlə pisləşir. Yardıma ehtiyacı olanların yarıdan çoxu daxili müharibəyə görə evlərini tərk edən və hələ də Suriyada qalan adamlardır.
Müharibəyə görə, 6,5 milyon nəfər ölkə daxilində yerlərini dəyişib.
BMT bildirir ki, 2011-ci ilin martından Suriyadakı qanlı toqquşmalarda 100 mindən çox adam ölüb.
Suriyanı 2,8 milyon nəfər tərk edib. Onlar əsasən Türkiyə, Livan, İordaniya, İraq və Misirə sığınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG