Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

Azərbaycan Transanadolu qaz kəmərinə $1 mlrd. manat ayırır


Şahmar Mövsümov

Şahmar Mövsümov

.
Azərbaycan 2014-cü ildə Transanadolu qaz kəmərinin tikintisi layihəsindəki payının maliyyələşməsinə $1 mlrd. manat yönəldəcək.
Bunu Dövlət Neft Şirkətinin icraçı direktoru Şahmar Mövsümov 2014-cü ilin dövlət büdcəsinin layihəsi parlament komitələrində müzakirə edilən zaman bildirib.
"ARDNF 2014-cü ildə Transanadolu qaz kəmərinin tikintisi layihəsindəki payının maliyyələşməsinə 800 mln manat ayıracaq, STAR NEZ-də tikinti işlərinə 223 mln manat ayrılıb ($280 mln)", - deyə Mövsümov bildirib.
TANAP “Şahdəniz” yatağının “Mərhələ 2” layihəsi çərçivəsində Azərbaycan qazının Gürvüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə nəqli üçün nəzərdə tutulub. Kəmərin buraxılış qabiliyyəti ilkin olaraq 16 mlrd m3 olacaq. Bunun 10 mlrd-ı Avropaya, 6 mlrd Türkiyənin qərbinə veriləcək. TANAP layihəsi 12 mlrd dollar qiymətləndirilir.
TANAP layihəsində 20% BOTAS və TPAO-ya, 80% ARDNŞ-yə məxsusdur. ARDNŞ səhmlərin 51%-i özünə saxlayıb 29%-i BP (12%), Statoil (12%) və TOTAL-a (5%) təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG