Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Məhərrəm ayı başlayır



Noyabrın 5-i Məhərrəm ayının birinci günüdür. Aşura günü isə noyabrın 14-nə təsadüf edəcək.

Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin saytı məlumat yayıb.

İslam təqvimində Məhərrəm ayı müqəddəs aylardan biri sayılır. İslam dininə görə, bu ay müharibə qadağan olunsa da Kərbəla faciəsi məhz bu ayda baş verib.

Həmin faciə zamanı Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları qətlə yetirilib.

Bu hadisə həmin ayın 10-cu, yəni Aşura günü baş verib. Həmin günü şiə müsəlmanları ( İmam Hüseyn və onun atası Əlinin tərəfdarları) hüzn günü kimi qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG