Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Salman Rushdie "allahsız" atası barədə


Almaniya - Salman Rushdie "Joseph Anton" kitabını təbliğ edir, 1 oktyabr 2012

Almaniya - Salman Rushdie "Joseph Anton" kitabını təbliğ edir, 1 oktyabr 2012

-

Qalmaqallı "Şeytan ayələri" romanının müəllifi, Britaniya yazıçısı Salman Rushdie "Joseph Anton" adlanan yeni kitabında soyadının tarixçəsini açır.


Sən demə, yazıçının atası Anisin əsl soyadı "Xaliqi Dəhləvi" imiş. Amma sonradan o, bunu "Rushdie" ilə əvəzləmək qərarına gəlib. Həm qısa olsun deyə.

Həm də böyük ehtiramla yanaşdığı ərəb filosofu, 12-ci əsrdə İspaniyada yaşamış İbn Rüşdün şərəfinə.

Niyə məhz İbn-Rüşd, bu barədə irəlidə.

"Joseph Anton" avtobioqrafik əsərdir və yazıçının İranın keçmiş ali dini lideri Xomeyninin fitvasından sonra ölüm təhlükəsi altında yaşadığı illərdən bəhs edir.

Kitabda atasının "allahsız" adam olduğunu, amma buna baxmayaraq allah, din haqqında çox bildiyini, düşündüyünü qeyd edən Salman Rushdie onun öz uşaqlarını sərbəst böyütdüyünü, evlərində istənilən mövzunun müzakirəyə açıq olduğunu yazır.

Yazıçı "dindən asılı olmayan, qorxusuz skeptisizm"in ona atasından keçdiyini qeyd edir.

Rushdie xatırladır ki, İbn-Rüşd Aristotelin əsərlərinin tərcüməçisi idi və həmin əsərləri təfsir edirdi. Vaxtilə İbn-Rüşd İslam aləmində ehkamçılığa qarşı öz rasionalizm arqumenti ilə çıxırdı. Yazıçı yeni kitabında özünün "Şeytan ayələri" romanını "bu 800 illik mübahisənin 20-ci əsrdəki əks-sədası" adlandırır. Romanla bağlı "qopan qasırğa" zamanı özünə verdiyi təsəllini xatırlayır: "Ən azından mən döyüşə düzgün soyadla gedirəm".

Rushdie atasının Qurana ehkam olaraq baxmadığını, mətnin bəzi yerlərində "dolaşıqlıq" tapdığını iddia edir.

Rushdie, Məhəmməd peyğəmbərin Allahın ona mələklər vasitəsilə çatdırdığı ayələri dağdan enərək dilə gətirməsini, tərəfdarlarının da bunları daşlara, dəriyə, hətta sümüklərə qeyd etdiyini, həmin əşyaların peyğəmbərin evində saxlandığını, ölümündən sonra toplanıb Quran halına salınması rəvayətini xatırladır.

Soruşur ki, peyğəmbərin tərəfdarlarının uzun illər tələsik şəkildə daşlara yazdığı ayələrdə səhvlər ola bilməzdimi?

Bu baxımdan Rushdie-nin atasının diqqətindən qaçmır ki, "Quran surələrində qəfildən mövzu dəyişir, uyğunsuzluq yaranır".

Yazıçı atasının həmin tekstləri redaktə etmək arzusundan da söz açır.

Amma bu arzu həyata keçmir, çünki uğursuz biznesmen, amma savadlı insan olan atası ömrünün son illərində içkiyə qurşanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG