Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32
.
Heydər Əliyev Fondunun vitse-prezidenti, prezidentin qızı Leyla Əliyeva Bakıda keçirilən «Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış» beynəlxalq konfransının iştirakçılarına müraciət edib. Trend agentliyinin yaydığı xəbərə əsasən, Leyla Əliyeva Yer kürəsinin ətraf mühit problemlərindən, onların həlli yollarından danışıb.

«Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir». - deyə Leyla Əliyeva bildirib.

Konfrans Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilir.

Şərhləri göstər

XS
SM
MD
LG