Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

2014-cü ildə yaşayış minimumu 136 manat olacaq


Noyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə, İqtisadi Siyasət, Təbii Ehtiyyatlar, Energetika və Ekologiya, Aqrar Siyasət və Sosial Siyasət Komitəsi 2014-cü ilin büdcə layihəsini müzakirə edib. Büdcə layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyyə olunub.

Komitələr 2014-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi, yaşayış minimumu və ehtiyac meyarları haqqında qanun layihələrini də baxılması üçün Milli Məclisə tövsiyə edilib.

Layihəyə əsasən, 2014-cü ildə DSMF-nin xərcləri və gəlirlərinin 11,2 faiz və ya 295,8 milyon manat artaraq 2,928 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkə üzrə yaşayış minimumu 2014-cü ildə 125 manat, əhalinin əmək qabiliyyətli hissəsi üçün 136 manat, uşaqlar və pensiyaçılar üçün 103 manat olması planlaşdırılır.

"2014-cü ildə ehtiyac meyarının səviyyəsi haqqında" qanun layihəsi bu meyarın ünvanlı sosial yardımların təyinatı üçün 2013-cü ildəki 93 manatdan 100 manata qədər artırılmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG