Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20

«Kapital Bank»ın əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib


Arxiv foto

Arxiv foto

.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «Kapital Bank»ın Daşkəsən rayon filialı əməkdaşları barəsində cinayət işinin istintaqını tamamlayıb.
Bu barədə Baş Prokurorluq noyabrın 4-də məlumat yayıb.

Məlumatda deyilir ki, 2009-2012-ci illərdə «Kapital Bank» ASC-nin Daşkəsən rayon filialının müdiri vəzifəsində işləyən Rövşən Rəhimov ayrı-ayrı şəxslərin 61.7 min manat məbləğində əmlakını mənimsəmə və dələduzluq yolu ilə ələ keçirib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İstintaq zamanı bankın kredit-iqtisad bölməsinin mütəxəssisləri Bəsti Mustafayeva, Emil İsayev və Seymur Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyan ödənilib.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhləri göstər

XS
SM
MD
LG