Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52
Qahirədə devrilmiş prezident Muhammad Morsi və onun 14 tərəfdarının məhkəməsi yanvarın əvvəllərinədək təxirə salınıb.Buna səbəb onların şüarlar səsləndirərək prosesi pozması olub.Məlumatlara görə Morsi müttəhimlər üşün nəzərdə tutulan xüsusi formanı geyməkdən imtina edib.

Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatının üzvləri 2012- ci ildə onlarla adamın ölümünə səbəb olan hərc-mərcliyi qızışdırmaqda ittiham olunurlar.Əgər təqsirli bilinsələr onlara ömürlük həbs və ya ölüm hökmü kəsilə bilər.

Morsinin tərəfdarları ittihamı rədd edir və kütləvi etirazlara çağırırlar.

Morsi 2012-ci ildə prezident seçilib,2013-cü ilin iyulunda isə hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.
XS
SM
MD
LG