Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

«Bulla-dəniz»də yeni platforma tikiləcək


.
Dövlət Neft Şirkəti «Bulla-dəniz» yatağında qəzadan sonra yanğın olan köhnə platformanın yerləşdiyi zonada yenisi tikiləcək. Trendin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. Onun sözlərinə görə, qəza olan quyu hazırda istismardadır:
«Bu quyudan sutkada 1,2-1,3 milyon kubmetr qaz və 200 ton kondensat əldə olunur»..
Xoşbəxt Yusifzadə deyir ki, köhnə platformada yeni quyuların qazılması nəzərdə tutulmur. O, qəzanın olduğu zonada yeni platforma tikiləcəyini söyləyib. Bildirib ki, yeni blokun ehtiyatları 10 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Avqustun 17-də «Bulla-dəniz» yatağında qazma zamanı yanğın baş vermişdi.

Oktyabrın 23-də yanğın olan quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatıb və yanğın söndürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG