Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

H. Bağırov: Azərbaycan ərazisinin 35 min hektarı neftlə çirklənib


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
.
Noyabrın 4-də Bakıda «Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış» adlı beynəlxalq konfrans başlayıb.

İki günlük konfransın əsas məqsədi neftlə çirklənmiş ərazilərin və ətraf mühitin qorunması, regionun davamlı inkişafı üçün ətraf mühitin hazırkı durumunun təhlili, ekologiyanın qorunmasında yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşməkdir.
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, mədən sahələrində 1300 hektar ərazi rekultivasiya edilərək təmizlənib. Hər il 200 min ağac və kol əkildiyini deyən R. Abdullayev atmosferə 560 mln. kubmetr qazın atılmasının qarşısı aldıqlarını bildirib:
«Bu gün Qaradağ ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir texnologiyaya cavab verən avadanlıqlar qurulacaq və paytaxtın mərkəzində, həmçinin Sumqayıtda olan köhnə zavodlar və müəssisələr ləğv ediləcək».
«MİLYONLARLA AĞAC ƏKİLİB»
H. Bağırov
H. Bağırov
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovsa bildirib ki, son 10 ildə Azərbaycanda 8 milli park yaranıb, 1-i isə yaradılmaq üzrədir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 mln. hektara çatdırılıb, milyonlarla ağac əkilib: «Son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı ümumilikdə ölkədə olan zeytun ağaclarının sayından qat-qat çoxdur».

Hüseynqulu Bağırov əlavə edib ki, Azərbaycanda qısa müddətdə neft hasilatından çirklənməni və onun ekoloji nəticələrini aradan qaldırmaq mümkün deyil:

«2011-ci ilin sonuna 1,5 milyard ton neft hasil olunub ki, bu da özəlliklə ekoloji məlumatsızlıq dövründə ölkənin ekoloji çirklənməsinə səbəb olub. Neftlə çirklənmiş torpaqların ümumi ərazisi 35 min hektardır. Bunun 15 min hektardan çoxu güclü çirklənməyə məruz qalıb».
BP Qrupunun risk, təlim, əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə rəhbəri Stiven Plinn bildirib ki, əsas məqsəd enerjinin dünyaya daha təhlükəsiz çatdırılmasıdır. Onun sözlərinə görə, dünyada 2013-cü ilə qədər 50 faizdən çox iqlim layihəsi reallaşdırılıb:
«BP-nin fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik təmin edilir. Ətraf mühitin qorunması üçün insanların üzərinə olduqca böyük məsuliyyət düşür».
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının təsisçisi Leyla Əliyevanın konfrans iştirakçılarına video müraciəti təqdim olunub.
Konfrans Dövlət Neft Şirkətinin və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG