Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

Kosovo üçün mühüm seçki günü


Kosovo
Kosovo
.
Noyabrın 3-də Kosovoda yerli idarəetmə seçkiləri başlayıb. Kosovonun Serbiyadan ayrılmasından sonra etnik serblər ilk dəfədir səs verirlər. Xüsusilə serblərin çoxluq təşkil etdiyi, bu vaxtadək Pristinanın idarəçiliyini qəbul etmədiyi şimal hissədə səsvermə yaxından izlənəcək.
Kosovoda 120.000 etnik serb yaşayır. Onlardan 40.000-i şimal hissədədir. Onlar ehtiyatlanırlar ki, seçkiyə gedəcəkləri halda Kosovo dövlətinə legitimlik vermiş olarlar.
Şənbə günü prezident Atifete Jahjaga Associated Press agentliyinə deyib ki, serblərin seçkidə iştirakı etnik qrupun inteqrasiyasına yardım göstərəcək.
AVROPA BİRLİYİ YOLUNDA YAŞIL İŞIQ
2008-ci ildə etnik alban çoxluğu Kosovonun müstəqilliyini elan edib. Serbiya hələ də bu müstəqilliyi qəbul etmir. Ancaq Belqrad da etnik serbləri səs verməyə çağırıb. Bu ilin aprelində Avropa Birliyinin vasitəçiliyi ilə Pristina ilə münasibətlərin normallaşdırılmasına dair saziş əldə olunub. Bu razılaşma Serbiyanın Brüssellə üzvlük danışıqlarını başlamasına yaşıl işıq yandırıb.
Serbiya prezidenti Tomislav Nikolic, baş nazir Ivica Dacic, baş nazirin müavini Aleksandar Vucic birgə bəyanat yayaraq bildiriblər ki, yalnız “yüksək seçici iştirakı serblərin Kosovoda yaşamasının təmin edə bilər”.
Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton səsverməni “Kosovonun gələcəyində və Kosovo ilə Serbiyanın münasibətlərinin normallaşması prosesində mühüm element” adlandırıb.
Kosovoda 1.7 milyon seçici var. Seçki məntəqələri Bakı vaxtıyla axşam saat 10-da bağlanır.
Baş nazir Hashim Thaci-nin Kosovo Demokratik Partiyasının (PDK) etnik albanların əksəriyyətinin səsini qazanacağı gözlənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG