Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Pussy Riot üzvünün əri ondan xəbərsiz olduğunu deyir


Nadezhda Tolokonnikova məhkəmə zalında

Nadezhda Tolokonnikova məhkəmə zalında

.
Rusiyanın Pussy Riot qrupunun üzvü Nadezhda Tolokonnikova-nın əri deyir ki, iki həftədir ondan xəbəri yoxdur. Tolokonnikova başqa təcridxanaya köçürülməyi tələb edəndən sonra qaldığı həbsxanadan çıxarılıb. O, sentyabrdan aclığa başlayıb, Mordovia cəzaçəkmə müəssisəsində ölüm hədələri aldığını bildirib, buradakı “qul əməyi şəraitindən” gileylənib.
Tolokonnikova-nın əri Pyotr Verzilov şənbə günü deyib ki, oktyabrın 22-də Moskvanın 400 kilometrliyindəki həbsxanadan çıxandan sonra ondan xəbər almayıb.
Tərəfdarları şənbə günü Moskvada həbsxana xidməti qərargahı qarşısında piket keçiriblər.
Tolokonnikova və qrup üzvü Maria Alyokhina Moskvada kilsədə Prezident Vladimir Putini tənqid edən mahnı oxuduqlarına görə iki illik həbs cəzası alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG