Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

“Qanun” Nəşrlər Evi fəaliyyətini dayandırmayıb- [Video]


.
“Qanun” Nəşrlər Evi noyabrın 3-də Facebook səhifəsində yaydığı bəyanatda bildirir ki, fəaliyyətini davam etdirir:
“Bəzi media vasitələri “QANUN nəşriyyatının fəaliyyəti dayandırıldı!” deyə məlumatlar yayıb. Bəyan edirik ki bu məlumat həqiqətə uyğun deyil. Nəşriyyat fəaliyyətini davam etdirir. Birinci gündən hər kəs iş başında olacaq. Vergi əməkdaşlarının redaksiyamızdakı əməliyyat-axtarış tədbirləri ilə bağlı isə ətraflı məlumat verəcəyik”.
Noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı “Qanun” Nəşrlər Evinə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədini və kömpüterlərini aparıb. Bu səbəbdən “Qanun” Nəşrlər Evinin işində fasilə yaranıb. Vergilər Nazirliyindən mətbuata yoxlamaların aparılmasını təsdiqləyərək bunun qanunauyğun olduğunu bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG