Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

Müdafiə Nazirliyindən əsgər açıqlaması


.
Müdafiə Nazirliyi bəzi KİV-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadənin yaralı vəziyyətdə tapılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Bundan əvvəl bir sıra KİV-də xəbər yayılmışdı ki, əsgər C.Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə tapılıb.
Xatırladaq ki, 19 yaşlı əsgər xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG