Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Los Angeles aeroportunda hücumda şübhəli bilinən şəxsə ittihamlar verilib


Los Angeles aeroportu

Los Angeles aeroportu

ABŞ-da Los Angeles Beynəlxalq Aeroportunda silah hücumunda şübhəli bilinən şəxsə qətl və zorakılıqdan istifadə ittihamları irəli sürülüb. İttihamlar sübut olunsa, 23 yaşlı Paul Ciancia ölüm cəzasına məhkum edilə bilər.
Cümə günü baş vermiş hücumda ABŞ federal təhlükəsizlik agenti öldürülüb, bir neçə nəfər yaralanıb. Ciancia polisin açdığı atəşdən yaralanıb və hazırda xəstəxanadadır. Federal Təhqiqatlar Bürosunun məlumatına görə, silahlı şəxsin üzərində əllə yazılmış qeyd olub. Qeyddə onun ABŞ aeroportlarında təhlükəsizliyi təmin edən Nəqliyyat Təhlükəsizliyi Administrasiyasında “çoxlu agentlər öldürməyə şüurlu qərar verdiyi” yazılıb.
Hazırda Los Angeles aeroportu sərnişinlərin üzünə tam açıqdır. Həmin hadisə 167.000 sərnişin və 1.550 uçuşa ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG