Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:43

31 yaşlı daxili işlər naziri Baş nazir gətirilir


Irakly Garibashvili
Irakly Garibashvili
-
Gürcüstanın daxili işlər naziri Irakly Garibashvili ölkənin Baş naziri postuna namizəd sürülüb.

Bu barədə noyabrın 2-də keçirdiyi brifinqdə indiki Baş nazir Bidzina Ivanishvili məlumat verib.

Garibashvili-nin 31 yaşı var. Tbilisi Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib, Sarbon Universitetində təhsil alıb.

O, bir il əvvəl Gürcüstanın daxili işlər naziri təyin edilib.

Garibashvili-nin namizədliyi yeni prezidentin andiçmə mərasimindən sonra təsdiqlənəcək.

Yeni prezident Giorgi Margvelashvili noyabrın 17-də səlahiyyətlərinin icrasına başlayacaq.
XS
SM
MD
LG