Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

Rusiya ilə Yaponiya birgə hərbi təlimlər keçirəcək


-
Belə bir razılıq noyabrın 2-də Tokioda iki ölkənin xarici siyasət və hərbi rəhbərlərinin birinci görüşündə əldə olunub.

İclasdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, bu danışıqlar Rusiya ilə Yaponiya arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır.

Bir gün əvvəl Lavrov və Yaponiya xarici işlər naziri Fumio Kisidaiki 2014-cü ildə mübahisəli ərazilərlə bağlı məsələlərin həlli üçün nazir müavinləri səviyyəsində görüş keçirilməsi barədə razılığa gəliblər.

Tokio və Moskva İkinci Dünya müharibəsindən sonra keçmiş Sovet İttifaqının tərkibində olan Kuril adalarına iddialıdırlar
.
Qərb xəbər agentliklərinin məlumatlarına görə, Rusiya prezidenti Vladimir Putin Çinin hərbi potensialının artması səbəbindən Yaponiya ilə yaxınlaşmaya çalışır.
XS
SM
MD
LG