Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Ölən hərbçilərdən 10-u döyüş, 66-sı qeyri-döyüş itkiləridir.


-
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda təhlükəsizlik və müdafiə sektoru 76 itki verib.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən hazırladığı hesabatda belə deyilir.

Ötən müddətdə 86 nəfər yaralanıb və ya xəsarət alıb.

Ölən hərbçilərdən 10-u döyüş, 66-sı qeyri-döyüş itkiləridir. Bundan başqa, C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən vəfat edib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisə nəticəsində, 14 nəfər avtomobil, 3 nəfər vertolyot qəzasında, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 11 nəfər xəstəlikdən ölüb.

16 nəfər intihar edib.

İtkilərdən 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçusudur.

2012-ci ilin eyni dövründə itkilər 72 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG