Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

Çində pirotexnika fabrikində partlayış olub


-
Ən azı 11 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirilir.

Dövlət informasiya vasitələrinin yaydığı məlumata görə, hadisə noyabrın 1-də ölkənin Quansi-Çjuan muxtar vilayətində baş verib. Partlayışda şübhəli bilinən iki sahibkar həbs edilib.

Çində pirotexnika istehsal edən müəssisələrdə texniki təhlükəsizlik qaydalarına yetərincə əməl olunmadığından belə hadisələr tez-tez baş verir.

Bu ilin fevralında fişəng daşıyan maşının körpü üzərində partlaması nəticəsində onlarla adam ölmüşdü.
XS
SM
MD
LG