Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56

Azərbaycanlılar Moskvanı tərk edir


Foto arxiv
Foto arxiv
“Moskvada Orxan Zeynalovla bağlı hadisədən sonra qeyri-ruslar, xüsusilə azərbaycanlılara qarşı yoxlama və təzyiqlər kampaniya halını çevrilib.

Bunu APA-ya Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə rəhbəri Aydın Cəfərli deyib.O bildirib ki, adi bir məişət cinayətinə görə bu cür geniş kampaniyalara başlanması Rusiya ictimaiyyətində də mənfi rəy yaratmağa başlayıb.Və burada yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edən qüvvələr var ki, bu da millətlərarası münasibətləri korlaya bilər.

Aydın Cəfərli deyir ki, hazırda azərbaycanlılar kütləvi şəkildə Moskvadan gedirlər: “Bilmirik bu, süni əngəldir, ya yox, amma Rusiyanı tərk etmək istəyənlərin əksəriyyəti Azərbaycana bilet tapa bilməmələri ilə bağlı bizə şikayət edirlər. Demək olar ki, bu günlərdə Azərbaycana bilet yoxdur. Gedənlərin bir qismi ara sakitləşdikdən sonra qayıtmağı nəzərdə tutsa da, bir çoxu artıq buranı birdəfəlik tərk edir”.

Aydın Cəfərlinin sözlərinə görə, hüquq-mühafizə orqanlarnı əməkdaşlarının bazarlar və hər həftənin cümə günü evlərdə apardığı yoxlamalar daha da intensivləşib. O, regionlarda yaşayan azərbaycanlılardan da onlara şikayətlər daxil olduğunu deyir.
XS
SM
MD
LG