Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:30
-
Gürcüstanın «Multi-Pulti dünyası» teatrı «Maşa və Ayı» tamaşasının «Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri» adlı yeni bölümü ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.

Teatrın Bakıya növbəti qastrol səfəri Yeni il bayramı ərəfəsində gerçəkləşəcək.

Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digərlərini 27, 28, 29, 30 dekabr, 2, 3, 4 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.

«Multi-Pulti dünyası» teatrı «Maşa və Ayı» tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir.

Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Tamaşa Azərbaycan tamaşaçıları üçün «Maşa və Ayı» cizgi filmi və Şərq nağıllarının motivləri əsasında məxsusi olaraq hazırlanıb.

Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir. Ayı və Maşa yeni il yolkası bəzəməyə hazırlaşırlar. Birdən dənizin o tayından bir quş uçub gəlir və uzaq Şərqdə onların dostlarının böyük bir bəlaya düşdüyünü xəbər verir.

Maşa və Ayı onlara kömək etmək üçün yola düşməyə hazırlaşırlar.

Təmkinli Ayı səfərə hazırlaşmağa gedir, səbirsiz Maşa isə Ayını gözləməyərək, quşla bir yerdə uçub gedir. Ayı bu uzaq yolu təkcə getməyə məcbur olur…

Tamaşa iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq.

Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.

Balaca tamaşaçıları Şaxta Baba və cizgi filmlərinin qəhrəmanları ilə birgə unudulmaz yeni il şənliyi və çoxlu sürprizlər gözləyir.

«Multi-Pulti dünyası» teatrı uşaqların ən sevimli bayramı olan yeni il bayramında balaca tamaşaçılarını sevindirmək üçün 200 manatdan yuxarı məbləğdə bilet alan qruplara xüsusi sürpriz təqdim edəcək.

»Maşa və Ayı» cizgi filminin qəhrəmanları, həmçinin şən klounlar onların evinə, uşaq bağçasına, yaxud məktəbə qonaq gələcək.

Biletlər şəhərin bütün kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG