Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:30
-
“İclaslarda tapşırıq verisiniz ki, kənd təsərrüfatının inkişafına diqqətlə yanaşmaq lazımdır. Bizə isə deyirlər, gözləyin, yanvarda texnika verərik, taxılınızı əkərsiz. Budur kənd təsərrüfatına diqqət?”

Ölkə başçısına səslənən Şamaxı sakini Əzizbaba Fətullayevdir. AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, taxıl əkimi mövsümü bitmək üzrədir. Ancaq hələ də taxıl əkə bilmirlər. Səbəb odur ki, torpağı şumlamağa texnika yoxdur:

“Şamaxı aqroservis”in 3 kombaynı var, heç birinin mühərriki yoxdur. Ona görə də “Şamaxı aqroservis”ə pul köçürmüşəm ki, mənə texnika versinlər. Aqroservisdən deyirlər ki, Gəncəyə sifariş etmişik, hələ göndərməyiblər. İki aydan çox vaxt keçib, indi də deyirlər ki, sizə yanvardan tez texnika göndərə bilməyəcəyik. Belə çıxır ki, biz taxılı yanvarda əkməliyik?”

Əzizbaba Fətullayevin sözlərinə görə, bir şum traktoru üçün pulu 2 ay əvvəl ödəyib – 4.100 manat.

“Pulu əvvəldən alırlar. Ancaq öhdəliklərini yerinə yetirmək üçün adamı aylarla süründürürlər. Onu da deyim ki, bu problemlə qarşılaşan təkcə mən deyiləm. Bizim rayonda əhalinin böyük qismi taxıl əkməklə məşğuldur. Əlbəttə ki, vaxtında texnika verilsə, əkərlər. Hamı zərərin içərisindədir”.

Əzizbaba Fətullayev narahatdır ki, əkin mövsümünün sonuna vur-tut 15-20 gün qalıb. Əgər bu müddət ərzində şum traktoru əldə edə bilməsə, taxıl əkini baş tutmayacaq.

“Aqrolizinq” ASC-nin Gəncə regional təchizat bazasının müdiri İdris Vəliyev “Qaynar xətt”ə bildirib ki, Gəncə avtomobil zavodunda Minsk traktor zavodundan alınan hissələrlə yığılır, həm də sıradan çıxmış yerli texnikalar təmir olunur və bazalara verilir. Baza da Aqrolizinq ASC-nin sifarişi əsasında

“Bazamıza hər gün üç texnika verilir. Biz də onları “Aqrolizinq” ASC-dən daxil olmuş sənəd, cədvəl əsasında rayon aqroservislərinə veririk. Baş idarədən xəbərsiz, özbaşına heç bir aqrolizinq şöbəsinə texnika verə bilmərik. Ölkədə 4-5 belə baza var - Gəncə, Ucar, Şirvan, Xaçmaz... Biz nə isə alıb satan deyilik, aqrolizinq xətti ilə fəaliyyət göstəririk”.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı Aqroservis” filialının müdiri Asif Hüseynov isə vəd etdi ki, yaxın günlərdə taxıl əkiminə başlamaq istəyənlər şum traktorları ilə təmin olunacaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG