Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:33

Suriya müxalifəti Cenevrə konfransı ilə bağlı bir araya gələ bilmir


Lakhdar Brahimi
Lakhdar Brahimi
“Suriya ilə bağlı növbəti Cenevrə Konfransı müxalifətin iştirakı olmadan baş tutmayacaq.”

Bunu BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi cümə günü Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.O konfransda iştirakla bağlı Suriyanın müxalifət qrupları arasında fikir ayrılığı olduğunu bildirib.

Suriya müxalifətinin yaratdığı milli koalisiya yekun qərar qəbul etmək üçün gələn həftə Türkiyədə konfrans keçirməyi planlaşdırır.

Rusiyanın baş naziri Dimitri Medvedev isə Reuters agentliyinə müsahibəsində Suriya müxalifətini tənqid edib.Müxalifət Cenevrə Konfransında iştirak etmək üçün prezident Bashar Assadın istefasını tələb edir. Medvedev bildirib ki, Assadın istefaya getməsi üçün onun şəxsi taleyi və ölkədə siyasi dialoqa təminat lazımdır.
XS
SM
MD
LG