Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Yanlış əməliyyatdan sonra 1 gözünün nurunu itirən uşaq-[Video]


.
Gözündəki zərrə qədər işıqla gəlinciklərinin gözünü axtarıb tapır, dərman tökür, sarıyır. Öz zənninə görə, həkimlik edir. Qaranlıqa bürünmüş olsa da 6 yaşlı Sərfinazın da kiçik dünyasında böyük arzuları var. Göz həkimi olacaq və balaca uşaqların gözlərini sağaldacaq.
«MƏN BÖYÜYƏNDƏ HƏKİM OLMAQ İSTƏYİRƏM...»
Sərfinaz Ağdamdan köçkün düşmüş ailəsi ilə birgə Mingəçevirdəki orta məktəb binasında böyüyüb. 3 aydır ailələri onlar üçün tikilmiş qəsəbədə yeni evə yerləşiblər. Sərfinazın anası Mehparə Xudiyeva deyir ki, övladı anadangəlmə kor olmayıb. Qızı 8 aylıq olarkən gözündə katarkat aşkarlayıblar. İddia edir ki, Azərbaycanda yanlış əməliyyat aparılıb və qızının bir gözü tamam görmə qabiliyyətini itirib:
Sərfinazın anası Mehparə Xudiyeva

Sərfinazın anası Mehparə Xudiyeva

«8 aylıq olarkən bildik ki, gözündə katarakta, el arasında mirvari suyu deyilən xəstəlik var. Onu Zərifə Əliyeva adına göz xəstəxanasında 2-3 yaşına kimi ardıcıl 4 dəfə əməliyyat etdilər. Əməliyyatdan sonra 1 gözündə görmə tam itdi. İran İslam Respublikasına da apardıq, ümid vermədilər. Dedilər ki, donor lazımdır. Rusiya Federasiyasında Federov adına xəstəxanada baxdılar və göz təzyiqindən əməliyyat etdilər. 1 il keçib. Ümid vermədilər. Dedilər donor olsa görə bilər. Rusiyada bizə dedilər ki, Azərbaycanda edilən yanlış əməliyyata görə uşaq kordur. Gözünə linza qoyulub, 8 aylıq olarkən. Keyfiyyətsiz linza olub. Hazırda məktəbə getmək istəyir, görmür, oxumaq istəyir».
Sərfinazın öz otağında oyuncaqları ilə yanaşı dəftər-kitabı da var. Onu əngəllilər məktəbinə də yazdırıblar. Müəlliməsindən əzbər öyrəndiyi şerləri kitabda güclə seçdiyi şəklinə görə tapır.
Rəsm çəkməyi də, oxumağı da sevən Sərfinaza indi donor namizədlər elə öz babası və anasıdır. Ancaq vəsait olmadığından əməliyyat etdirə bilmirlər. Anasının dediyinə görə, araşdırıblar və Türkiyədə bu əməliyyat uzağı 8 min dollara başa gəlir. Bu vəsait üçün hətta Heydər Əliyev fonduna da müraciət ediblər. Ancaq heç məktuba cavab gəlmir.
60 MANAT TƏQAÜD UŞAĞIN ƏMƏLİYYATINA BƏS EDƏR?
Sərfinazın babası Comərd Xudiyev

Sərfinazın babası Comərd Xudiyev

«Mən də öz gözümü verməyə hazıram, 1 gözümü verərəm. Ən böyük arzusu şəkil çəkməkdir. Dəftəri alır əlinə, heç nə çəkə bilmir. Məktəbə yazdırmışıq, ancaq əzbər öyrənir... Maraqlanmışam, oxumuşam ki, Türkiyədə Koreya belə əməliyyatları edib, xəstələri sağaldırlar. İstəyirəm yoxlanılsın, əməliyyat edilsin. 3 dəfə Mehriban Əliyevaya yazmışam, İlham Əliyevə yazmışam, baxılmır, ərizəmizə cavab gəlmir. Ayda verilən 60 manat təqaüdlə mən bu uşağı necə əməliyyat etdirim?».
Sərfinazın babası Comərd Xudiyev bazarda tərəvəz satır və 4 nəfərlik ailəni dolandırmağa çalışır. Gileylənir ki, indiyədək həkimlərə verilən əməliyyat pulları üçün banklara yüksək fazili kreditlər ödəyir. Köçkünlük həyatından yenicə isti ocağa sığınan ailənin imkanı olmadığından Sərəfinaza əməliyyat pulu toplaya bilmirlər.
«BU DƏQİQƏ 3 BANKA PUL ÖDƏYİRƏM, GÜCÜM YOXDUR»

Comərd Xudiyev :
«Deyirlər gözündə işıq var, az miqdarda da görür. Az vəsait lazımdır ki, əməliyyat oluna. Vəsaitimiz yoxdur. Dəfələrlə Heydər Əliyev Fonduna müraciət etmişəm. Heç cavab belə yoxdur. Bu dəqiqə 3 banka pul ödəyirəm, gücüm yoxdur. Heç bir yerdən gəlirim yoxdur. Bazarda kartof satıram. Böyrəyimi də satmağa razıyam ki, o işığı görsün. Azərbaycanda səhiyyə demək olar ki, yox vəziyyətindədir».
Sərfinazı anası aldadıb. İnandırıb ki, o balaca olduğu üçün gözü görmür. Əmindir ki, bir az daha böyüsə rəsm çəkə biləcək, Əlifba kitabındakı kölgə kimi görünən xoruzun şəklini də, gəlinciklərini də hamı kimi görə biləcək:
«Deyir ana uşaq vaxtı sizin də gözünüzdə problem olub? Deyirəm hə, böyüyəndə görəcəksən. İnanır. Elə bilir böyüyəndə görəcək. Ana kimi mənə çox ağırdır, əlimdən heç nə gəlmir».

Sərfinazın müalicəsi üçün açılmış bank hesabı:

AccessBankın Mingəçevir filialı: Xudiyeva Mehparə Comərd qızı
Müştəri kodu: 015000278851
Hesab nömrəsi: 001015241000580273

Şərhləri göstər

XS
SM
MD
LG