Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20
-
Günün media icmalı - 1 noyabr

“BU CÜR AĞ VƏ QARA ADAMLAR...”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.Az-a müsahibə verib. S. Novruzov BMT-nin toplaşma və birləşmə üzrə xüsusi məruzəçisi Maina Kiai "The Guardian" qəzetində yazdığı məqaləyə münasibət bildirib:

“Hər bir adamın ağılı nəyi kəsirsə, onu da deyir. Bir də görürsən ki, Azərbaycanı xəritədə belə göstərə bilməyən adamlar Azərbaycan haqqında fikirlər söyləyir. Bu cür ağ və qara adamlar elə gülünc fikirlər söyləyirlər ki, adam baxıb gülür. Bu cür adamlar erməni lobbisi və ayrı-ayrı dairələr tərəfindən ələ alınmış insanlardır".

BMT məruzəçisi yazısında 9 oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkisinə də toxunub. O, Azərbaycandakı seçkini Kamboca və Zimbabve ilə müqayisə edib.

SÜLH DANIŞIQLARI HEÇ NƏYƏ NAİL OLMAYACAQSA...

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak isə “Media forum” saytının suallarını cavablandırıb.

- Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün müharibəyə başlaya bilərmi?

- Bu barədə siyasi rəhbərlik fikrini deyib ki, biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma səbrimiz də sonsuz deyil. Əgər sülh danışıqları ilə heç nəyə nail olunmayacaqsa, onda bizim öz ərazi bütövlüyümüzü başqa yolla da bərpa etmək imkanımız və haqqımız var. Bu, bizim torpağımızdır, üzvü olduğumuz bütün beynəlxalq təşkilatların qərarlarına və öz dövlətimizin qanunlarına uyğun olaraq güc tətbiq etmək ixtiyarımız var. Biz kiminləsə döyüşmək istəmirik, tarixən və beynəlxalq qanunlarla Azərbaycana məxsus olan ərazimizi işğaldan azad etmək istəyirik.

"PROKURORLUQ DÖVLƏTİ CİNAYƏTİ TƏQİB ETMƏLİDİR"

Milli Məclisdən görüntü

Milli Məclisdən görüntü

AXCP Milli Məclisin 29 oktyabr sessiyasında qanunların qəbulu zamanı bir neçə deputatın başqa həmkarlarının da yerinə səs verdiyinə dair yayılmış materiallarla bağlı bəyanat verib. “Azadlıq” qəzetinin dərc etdiyi bəyanatda deyilir ki, AXCP bunu ağır dövləti cinayət sayır:

​«Bu dövləti cinayəti həyata keçirənlər kadrlarda görünən millət vəkilləri deyil, parlamentin rəhbərliyi və bütövlükdə siyasi hakimiyyətdir. Bu günə qədər Azərbaycan parlamentinin qeyri-legitim və Prezident Administrasiyasının hüquq dəftərxanası hesab edilən bəyanatlar mövcud idisə, bu görüntülər deyilən ittihamları təsdiqlədi və parlamentin dövlət aparatının bir qolu kimi sıradan çıxdığını açıq-aşkar sübut elədi...

AXCP bütün cəmiyyəti, mətbuatı, qeyri-hökumət təşkilatlarını və xalqı bu qanunsuzluğa biganə qalmamağa çağırır və prokurorluqdan tələb edir ki, Konstitusiyaya və prosessual məcəlləyə əsasən aşkarlanmış faktla bağlı dərhal cinayət işi başlasın».

MİLLİ ŞURADA HƏMSƏDRLİK MƏSƏLƏSİ

Arif Hacılı

Arif Hacılı

“Yeni Müsavat” Rüstəm İbrahimbəyovun Milli Şurada həmsədrlik institutu yaradılması və Cəmil Həsənlinin həmsədr seçilməsi təklifinə siyasilərin münasibətini öyrənib. Milli Şuradakı partiyalardan Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib:

«Həmsədrliklə bağlı təklif əvvəlcə elə bizim tərəfimizdən verilmişdi. Şəxsən mən təklif etmişdim ki, Milli Şuranın üç nəfərdən- Rüstəm İbrahimbəyov, İsa QəmbərƏli Kərimlidən ibarət həmsədrləri olsun. Həmin dövrdə ilk olaraq Rüstəm İbrahimbəyov özü bu təklifə qarşı çıxdı və Milli Şurada tək sədrliyin olmasını və əgər ona sədrlik təklif olunarsa, qəbul edəcəyini bildirdi. İndi həmsədrlik zərurətinin niyə yenidən ortaya çıxmasının səbəbləri mənə məlum deyil.

Cəmil Həsənli tamamilə haqlı olaraq deyib ki, bu məsələ Milli Şuranın əsasını təşkil edən qüvvələrlə razılaşdırılmalıdır. Hesab edirəm ki, o cür təkliflər mətbuata çıxmazdan əvvəl Milli Şuranın əsasını təşkil edən qüvvələrlə razılaşdırıldıqdan sonra ortaya çıxsaydı daha məqsədəuyğun olardı. Həm bu təklif, həm də başqa təkliflərlə əlaqədar müzakirələr gedir. Biz müzakirələrin nəticələrini ictimaiyyətə açıqlayacağıq».

SOSİAL RİFAH DÖVLƏTİ QURULACAQ...

Yap.org.az Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevlə müsahibə dərc edib. O bildirib ki, 2014-cü ilin dövlət büdcəsində də artımlar nəzərdə tutulur.

Musa Quliyev

Musa Quliyev

«Belə ki, büdcənin 30 faizə qədəri sosial xərclərə sərf olunacaq. Eyni zamanda, bugünlərdə «Dövlət sosial müavinətləri haqqında» qanuna əlavə və dəyişikliklər edildi. Bu dəyişikliyə əsasən 5-dən çox uşağı olan ailələrə sosial müavinət veriləcək. Yəni demoqrafik üstünlüyümüzü davam etdirməkdən ötrü bu siyasətdə də dövlət dəstəyinin artırılması qarşıya məqsəd qoyulub və hökumət tərəfindən çoxuşaqlı ailələrə dövlət yardımı konsepsiyası işlənib hazırlanıb...

Bilirsiniz ki, yaxın gələcəkdə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunacaq və gələn ildən həyata keçirilməyə başlanacaq...

İnşallah, Azərbaycanda yaxın beş ildə sosial rifah dövləti qurulacaq və bu baxımdan MDB məkanında ilk ölkə olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG