Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39
.
Məlumatlara görə, İsrail təyyarələri Suriyaya zərbə endirib. Ancaq Təl- Əviv hər hansı hücumu təkzib edir. Cümə axşamı yayılmış xəbərlərə görə, İsrail hərbi qüvvəsi Latakia liman şəhəri yaxınlığında bir hərbi bazanı hədəfə alıb. Suriya müxalifətinin dediyinə görə, bazada Rusiya istehsalı olan raketlər yerləşirmiş.
CNN adını çəkmədiyi bir ABŞ rəsmisinə istinadla xəbər yayıb ki, İsrail həmin raketlərin Livandakı düşməni Hizbullaha göndərdiyini düşünür.
Suriya İnsan Hüquqları qurumu da çərşənbə günü bildirib ki, Latakia yaxınlığındakı hava bazasında partlayış olub.
Livan hərbisi çərşənbə günü ölkə üzərində altı İsrail qırıcı təyyarəsinin uçduğunu deyir. Bu, İsrailin Suriyaya ilk hərbi hücumu deyil. İsrail yanvarda və iki dəfə də mayda Suriyanı hədəfə alıb. Həmçinin iyulda Təl -Əvivin Latakia yaxınlığında donanma qurğusunu dağıtdığına dair şübhələr var.

Günün bütün mövzuları

XS
SM
MD
LG