Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

Misirli cəllad: «Uşaqlıqda pişikləri boğardım» («Washington Post»)


Hajj Abd Al-Nabi

Hajj Abd Al-Nabi

-

“Washington post” qəzeti Misirdə ölüm hökmlərini yerinə yetirən, indiyəcən 800 nəfəri asmış cəllad Hajj Abd Al-Nabi-dən yazır.

“Mən insanları sevirəm. Onlar da məni. İşə gəldikdə isə, mən Allahın qoyduğu qanunları icra edirəm. Mən öz işimi sevirəm. Sadəcə sevirəm. Mənim işimə ehtiyac yarananda heç vaxt “yox” demirəm. Bu mənim işim və çörək ağacımdır”.

Cəllad bunu Yaxın Şərq Media Araşdırmaları İnstitutunun yaydığı videoda deyir.

Amma onun sözlərinə görə, işdə nə qədər sərtdirsə, evdə bir o qədər mülayimdir:

“Qatil dəhşətli bir əməl törədibsə, mən onunla yumşaq davrana bilmərəm. Əgər cinayətkarlara yazığım gəlsəydi, onları edam edə bilməzdim. Amma evdə, uşaqlarımla birgə olanda mən olduqca sakitəm”.

Amma “Washington post” yazır ki, işiylə fəxr etmək başa düşülən olsa da, sonda müsahibə qəribə yön alır.

Al-Nabi uşaqlığından danışarkən deyir:

"Mən uşaq olanda – 13, ya da 14 yaşımda – indi qurumuş Ismailiya kanalında hələ su vardı. Mənim hobbim pişikləri tutub boynuna kəndir keçirmək, boğub suya atmaq idi. Başqa heyvanları da. Hətta itləri də. Mən həmin heyvanları boğub suya atardım. Hətta itləri də”.

Cəllad müsahibəsində bunu “hobbi” ilə yanaşı “vergi” də adlandırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG