Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Tibbi göstəriş olmayan qeysəriyyə əməliyyatına görə həkimlər cəzalanacaqlar


Milli Məclisdə qeysəriyyə kəsiyi əməliyyatının tibbi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutan qanunun qəbul edilməsi vaxtında atılmış addımdır. Bu qaydalara əsasən, cərimə sanksiyaları nəzərdə tutulub və tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatını həyata keçirəcək həkimlər və tibb müəssisələri cəzalandırılacaqlar.

AzərTAc xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib. O, vurğulayıb ki, dövlət müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də müxtəlif tibbi prosedurların həyata keçirilməsi üçün hər cür şərait var. Azərbaycanda 500-dək tibb müəssisəsinə fəaliyyət göstərmək üçün lisenziya verilib. Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə nəzarət etsə də yayınma halları da müşahidə olunur.

E.Ağayev qeyd edib ki, dünyada qəbul olunmuş standartlara əsasən, doğuşların 16 faizinin qeysəriyyə əməliyyatları ilə aparılmasına icazə verilir. Amma təəssüflər olsun ki, bundan həkimlər də, pasiyentlər də bir qədər sui-istifadə edirlər. Doğuşa gələn insanların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir.
XS
SM
MD
LG