Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:20
Avropa Parlamentinin keçmiş prezidenti Pat Koks və Polşanın keçmiş prezidedntti Aleksandr Kvasnevsky Xarkovdakı mərkəzi klinikada Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenkoya baş çəkiblər.Bu barədə İnterfax-Ukraina agentliyi məlumat yayıb.

Onlar bundan əvvəl prezident Viktor Yanukovychlə görüşüblər.Hələlik görüş barədə məlumat verilmir.

Pat Koksla Aleksandr Kvasnevsky oktyabrın əvvəllərində Timoshenkoda müalicə almağı təklif ediblər və o təklifi qəbul edib.Bundan başqa onlar prezidentdən Timoshenkonun əfv olunmasını xahiş ediblər.

Timoshenko hazırda 7 illik həbs cəzası çəkir.O vəzifədə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.Timoshenko ittihamı rədd edir və həbsinin siyasi motivli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG