Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:29

Həccdən qayıdanlarda infeksion xəstəlik aşkarlanıb



Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistandan qayıdan 5 nəfər artıq xəstəxanaya müraciət edib.

Məlumata görə, həmin şəxslərdə yuxarı tənəffüs orqanlarında kəskin infeksiya xəstəliyi aşkarlanıb.

Xəstəxanadan bildirilib ki, infeksiyaya yoluxmanın səbəbi Səudiyyə Ərəbistanındakı isti hava rejiminin bu tip xəstəliyin geniş yayılması üçün əlverişli olmasıdır. Xəstəlik orqanizmdə kəskin ağırlaşma, bərk öskürək və halsızlıq əlamətləri ilə müşahidə edilir.

Ziyarətdən qayıdanlar arasında bu simptomları özündə hiss edənlərin tibb müəssisələrinə müraciət etməsi tövsiyə olunub.

İnfeksiyanın yoluxucu olduğu barədə də xəbərdarlıq edilib.

Azərbaycanlı zəvvarların son qrupu oktyabrın 28-i geri dönüb. Bu il 3700 zəvvar həcc ziyarətində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG