Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

Azərbaycan- Vyetnam - viza verilməsi sadələşdirilib


.
Vyetnam hava limanlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi mümkün olacaq.

Bu barədə oktyabrın 31-də Azərbaycanın xarici işlər nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, indiyədək Vyetnamda Azərbaycanda səfirliyinin olmaması bu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarını viza almasında çətinlik yaradıb.
Problem Azərbaycanın səfirliyinin Vyetnam xarici işlər nazirliyi ilə apardığı məsləhətləşmələrdən sonra Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilib.

Bundan sonra Azərbaycan vətəndaşları viza rəsmiləşdirilməsini bu ölkənin hava limanlarında həyata keçirə biləcəklər. Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG