Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

Taleh Bağırovun məhkəməsi təxirə salınıb


Azerbaijan -- Tale Bagirzade, Baku, 04Apr2013

Azerbaijan -- Tale Bagirzade, Baku, 04Apr2013


Oktyabrın 31-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun məhkəməsi keçirilməli idi. Ancaq onun vəkilləri Cavad Cavadlı ilə Anar Qasımlı məhkəməyə getmədiyindən proses ertələnib.

Cavad Cavadlı məhkəməyə niyə getmədiklərini “Media forum” saytına açıqlayıb.

Vəkillər prosesi məhkəmə zalında izləmək imkanı yaradılmayanadək, jurnalistlər və digər şəxslər içəri buraxılmayanadək məhkəməyə getməməyi qərara alıblar. Onlar Taleh Bağırovla birlikdə bu qərara gəliblər.

Oktyabrın 31-də hakim prosesi öncə bir neçə saatlığa təxirə salıb. Vəkillər həmin müddət ərzində də məhkəməyə gəlmədiklərindən proses noyabrın 1-dək ertələnib.

Taleh Bağırov bu il martın 31-də həbs edilib. O özü haqqındakı qanunsuz narkotik vasitə saxlamaq ittihamını rədd edir və həbsinin martın 24-də səsləndirdiyi xütbədə hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərdən qaynaqlandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG