Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Vasif Talıbovu niyə təltif etməli? [Video]


-


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarına görə diplomla təltif olunub. Diplomu Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) təqdim edib.

AHK-ın sədri Əli Hüseynli «İşdən Sonra» verilişinə bu barədə danışıb:

«Vasif Talıbovun mükafatlandırılması hüquq ictimaiyyəti tərəfindən normal qarşılanır. Son illər Naxçıvanda məhkəmə hakimiyyətinin çox ciddi uğurları var. Korrupsiya halları yoxdur. Buradan Bakıya dəvət olunan hakimlər də intizamları, qanunların aliliyini qorumaqları ilə fərqlənirlər. Beynəlxalq təşkilatların burada keçirilən tədbirləri də göstərir ki, Naxçıvan məhkəmələrində verilən qərarlar olduqca ədalətlidir. Cinayətkarlıq halları həddindən artıq azdır. Bu da hüquq sisteminin uğurudur».

Əli Hüseynli müxalifət mətbuatının məsələyə qərəzli yanaşdığını deyir:

«Naxçıvan Muxtar Respublikası ilə bağlı müxalifət mətbuatı qərəzli mövqedədir. Naxçıvan blokada şəraitində olsa da, ciddi islahatlar, sosial iqtisadi inkişaf, abadlıq işləri göz önündədir. Bunu təqdir etmək əvəzinə Naxçıvanın üzərinə hücumlar var sanki...».

Şərhləri göstər

XS
SM
MD
LG