Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Avronestdə prezident seçkiləri müzakirə olunacaq


-
Azərbaycanda keçirilən prezident seçkiləri Avronest Parlament Assambleyasında müzakirə olunacaq.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Kiyevdə keçiriləcək toplantıda Azərbaycanla yanaşı Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı da müzakirələr aparılacaq. Bundan başqa gündəliyə 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir.
Noyabrın 1-dən 3-dək davam edəcək tədbirdə Azərbaycanı Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov təmsil edəcək.
*Avronest - Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramının parlament formatıdır. Avronest-də Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG