Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Prokuror baş redaktora 10 il iş istəyib


-
Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Azadxeber.az» saytının baş redaktoru Nicat Əliyev və onun işi ilə bağlı təqsirləndirlən şəxslərin işi ilə bağlı prokuror çıxış edib.
Bu barədə AzadlıqRadiosuna Nicat Əliyevin vəkili Anar Qasımlı məlumat verib:
"Prokuror çıxışında Nicat Əliyevə, Elvin Nəsirova, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalova, Valeh Abdullayeva 9 il, Samir Hüseynova 8 il, Elimxan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmnmədova isə 5 il iş istəyib”.
Nicat Əliyev mayın 20-də tutulub.
O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur.
Nicat Əliyev ifadəsində ona elan olunan ittihamları qəbul etmir, bildirir ki, onu «Eurovision-2012» mahnı yarışması ərəfəsində cinsi azlıqların - gey paradın Azərbaycanda keçirilməsini pisləyən disklərlə görə həbs ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG