Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:14

Prokuror baş redaktora 10 il iş istəyib [Video]


A. Qasımlı: heç bir cinayət işinə çıxmamağa qərar verdik
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

A. Qasımlı: Heç bir cinayət işinə çıxmamağa qərar verdik

.
Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Azadxeber.az» saytının baş redaktoru Nicat Əliyev və onunla birlikdə təqsirləndirlən şəxslərlə bağlı proses keçirilib. Prosesdə dövlət ittihamçısı çıxış edib, təqsirləndirilənlərə cəza istəyib.

Bu barədə AzadlıqRadiosuna Nicat Əliyevin vəkili Anar Qasımlı məlumat verib:

"Prokuror çıxışında Nicat Əliyevə, Elvin Nəsirova, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalova, Valeh Abdullayeva 9 il, Samir Hüseynova 8 il, Elimxan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmnmədova isə 5 il iş istəyib”.

Proses noyabrın 7-də davam edəcək.
Nicat Əliyev mayın 20-də tutulub.

O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur.
Nicat Əliyev ifadəsində ona elan olunan ittihamları qəbul etmir, bildirir ki, onu «Eurovision-2012» mahnı yarışması ərəfəsində cinsi azlıqların - gey paradın Azərbaycanda keçirilməsini pisləyən disklərlə görə həbs ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG