Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:57

Azərbaycanda 15 yaşınadək uşaqlara şəxsiyyət vəsiqəsini əvəz edən sənəd veriləcək


Foto arxiv

Foto arxiv

Azərbaycanda 15 yaşınadək uşaqlara şəxsiyyət vəsiqəsini əvəz edən sənəd veriləcək.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Turan-a verilən məlumata görə, Milli Məclisə “Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi daxil olub.Əgər payız sessiyası zamanı müzakirələr uğurla başa çatsa gələn il yanvarın 1-dən azyaşlı vətəndaşlar doğum haqqında şəhadətnamədən əlavə fərdi identifikasiya kartı da alacaqlar.

Kartda onlar haqqında biometrik məlumatlar olacaq.Sənəd valideynlər, övladlığa götürən şəxslər, qəyyum və himayəçilərin müraciəti əsasında veriləcək.

15 yaşından isə Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu ala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG