Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:36

Pakistanda partlayış törədilib,ölənlər var


Pakistanda partlayış
Pakistanda partlayış
Pakistanın Bəlucistan əyalətində törədilən partlayışda 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Əyalətin paytaxtı Kvetta şəhərindəki dayanacaqda saxlanan motosikletə bomba qoyulubmuş.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Çərşənbə axşamı isə naməlum yaraqlı əyalətin Dera Buqqi rayonunda hökumətpərəst qəbilə lideri və onun 6 ailə üzvünü qətlə yetiriblər.
XS
SM
MD
LG