Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

Rusiya, Azərbaycan və İranın energetika nazirlərinin görüşü keçiriləcək


-
MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya nazirlərinin üçtərəfli görüşü olacaq.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 31-də Moskvaya gedəcək.

Nazirin səfəri üç gün davam edəcək. Səfəri zamanı o, İranın energetika naziri Həmid Çitçian və Rusiya energetika naziri Aleksandr Novak ilə görüşəcək. Üç ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə olunacaq.

Mətbuat xidməti bildirir ki, Azərbaycan həm Rusiya, həm də İranla elektroenergetika sahəsində sıx əməkdaşlıq edir.

İyunun 6-da Volqoqrad şəhərində Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş imzalanıb. Artıq Azərbaycan və Rusiya enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsilə birləşib. Bunlar, 330 kV-luq «Dərbənd» və 110 kV-luq «Yalama» elektrik verilişi xətləridir.

Eyni zamanda, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir.
XS
SM
MD
LG