Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:48

"Yazıçı harasa bağlı olmalıdır ki, gedib ağlına gələni yazmasın"


Alpay Azər

Alpay Azər

-

"Yaxşı qurultay gecikər. Həm də qurultayın gecikməsi ona görə yaxşıdır ki, bəzi-bəzi adamların ürəyi partlayıb ölsünlər".


Azərbaycan Yazıçılar Birliyinin qurultayının gecikməsi birmənalı qarşılanmır.


Gənc nasir Alpay Azər: "Qurultayın gecikməsinə pis baxıram"

Əvvəla, onu deyim ki, AYB-nin qurultayının gecikməsinə o qədər də yaxşı baxmıram. Qurultayın vaxtı ilə bağlı indiyə qədər verilən açıqlamalarla reallıq arasında fərq istər-istəməz bu işə məsul olanların məsələyə ciddi yanaşmadıqlarını göstərir. Amma ümid edirik ki, son açıqlama, yəni qurultayın gələn ilin əvvəllərində keçirilməsi düzgün informasiya olacaq.

Ümumiyyətlə, yazıçının hər hansı quruma üzv olmasına çox normal baxıram. Özüm heç bir qurumun üzvü olmasam da, qurumun istedadın üzə çıxmasına şərait yaratdığı qənaətindəyəm. AYB-nin ədəbi orqanlarının və ya AYO-nun "Alatoran" jurnalının istedadlı gənclərə yer verməyinin nəyi pisdir ki? Bu baxımdan yaradıcı qurumlara münasibətim yaxşıdır".
Kəramət Böyükçöl

Kəramət Böyükçöl


Kəramət Böyükçöl: "Daxilən azad yazıçı nə yaza bilər ki?"

"Birinci onu deyim ki, AYB-nin qurultayının gecikməsinə çox yaxşı baxıram. Qurultay gecikəndə maraqlı olur. Yaxşı qurultay gecikər. Həm də qurultayın gecikməsi ona görə yaxşıdır ki, bəzi-bəzi adamların ürəyi partlayıb ölsünlər. Onda lap maraqlı olur.

Ümumiyyətlə, məncə, yazıçının hansısa quruma üz omağı çox vacibdir. Yazıçının da belə qurumlara üzv olmağı çox vacibdir. Yazıçı belə quruma üzv olmayanda istər-istəməz daxilən azad olur. Daxilən azad yazıçı nə yaza bilər ki? Ona görə də üzv olmaq yaxşı şeydir. Qoy yazıçı içindən harasa bağlı olsun ki, gedib ağlına gələni yazmasın. Əsl ədəbiyyat belə qurumlarda yaranır".

Gənc şairə Aytən Nəsibbəyli: "Bunun yalan olduğunu bilirəm"
Aytən Nəsibbəyli

Aytən Nəsibbəyli


Əslində, hər dəfə AYB qurultayın vaxtı açıqlananda, mən bunun yalan olduğunu bilirəm.

Gecikmə səbəbi məncə, ilk növbədə orda oturanların kreslo sevdası ilə bağlıdır.

Lap qurultay keçirilsə belə AYB-də nə vaxtsa, hər hansı demokratik ab-havanın olacağına inanmıram.

Əsl yazıçı bir illik təqaüdə görə, hər hansı ada görə mövqeyini satmamalıdır. AYB pisdirsə, başdan pis olmalıdır.

Təqaüd bitəndən sonra yox. Ümumiyyətlə, yazarın hər hansı bir quruma üzv olmasını doğru hesab etmirəm. Yazıçı azad olmalıdır".

AYO üzvü Aygül Qurbanova "Qurultay söhbəti ciddiyyətini itirib"
Aygül Qurbanova

Aygül Qurbanova


AYB-nin qurultayı həddən artıq gecikməklə artıq tam ciddiyyətini itirib.

Gənclərə qarşı apardıqları yanlış və ədəbiyyat adına yaraşmayan rəftarlarını da görəndən sonra artıq o qurumdan ciddi nəsə gözləmirəm.

O ki, qaldı yazarın hansısa bir quruma üzv olmağına, düşünürəm ki, əgər yazar mənən azaddırsa heç bir qurum onun qələminə buxov ola bilməz. Əgər yanlış quruma üzv olubsa, zamanla uzaqlaşar. Qurumlara üzv olmaqda bir təhlükə görmürəm. Dediyim kimi: mənən azad olan yazara qurumun ancaq xeyri olar".

Teleqraf.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG