Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19

Assad üsyançılara xaricdən dəstəyi dayandırmağa çağırıb


Bashar al-Assad

Bashar al-Assad

“Suriya münaqişənin dinc yolla həlli, yalnız üsyançılara xaricdən yardımın dayandırılacağı halda nəticə verə bilər”.Bunu Suriya televiziyasının yaydığı kadrda prezident Bashar Assad deyib.Amma Bashar Assadın bunu çərşənbə günü BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi ilə görüşdə deyib-demədiyi bəlli deyil.

Suriya müxalifətinin yaratdığı milli şura Assad istefa verməyincə onun nümayəndələri ilə istənilən dialoqa qarşıdır.

İlin sonunda Cenevrədə bütün münaqişə tərəflərinin iştirakı ilə Suriya ilə bağlı beynəlxalq sülh konfransı keçirilməlidir.

Bashar Assadın nümayəndələri bazar ertəsi onun istefaya getməsi ilə bağlı Qərb və Ərəb ölkələrinin çağırışlarını rədd edib və bildiriblər ki, gələcəyini Suriyanın özü seçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG