Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

T. Bağırovun hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib


Taleh Bağırov

Taleh Bağırov

.
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi zamanı baş verənlər ictimai və beynəlxalq diqqəti prezident seçkilərinin saxtalaşdırılmış nəticələrindən yayındırmağa xidmət edir. Buna görə də məhkəmə zamanı həbslər qabaqcadan hazırlanıb.
Bunu Taleh Bağırovun və həbsdə olan dindarların hüquqlarını müdafiə komitəsi bildirir.
Komitə üzvləri oktyabrın 30-da keçirdikləri mətbuat konfransında bildiriblər ki, “nə qədər ki, cəmiyyət hakimiyyətin törətdiyi qanunsuzluqlara qarşı mübarizə aparmır, müdafiə komitələrinin sayı çoxalacaq”.
Oktyabrın 28-də Sabunçu rayon məhkəməsində ilahiyyatçı Taleh Bağırovun məhkəməsi zamanı məhkəməyə gəlmiş insanlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident baş verib. İnsident zamanı 36 nəfər saxlanıb. Onlardan 4 nəfər barəsində cinayət işi başlanıb.
İlahiyyatçı Taleh Bağırov martın 31-də saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 234.1-ci (narkotik əldə etmə və saxlama) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
O özü ittihamları qəbul etmir. Həbsinə martın 24-dəki xütbəsində hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərin səbəb olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG