Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

REAL-çılar İlqar Məmmədova sovqat aparıblar


.
REAL hərəkatında təmsil olunan bir qrup şəxs oktyabrın 29-da Penitensiar Xidmətin Gəncədəki istintaq təcridxanasında olublar.
Qurumun İdarə Heyətinin üzvü Natiq Cəfərlinin verdiyi məlumata görə, onlar REAL-ın həbsdə olan sədri İlqar Məmmədova sovqat çatdırıblar. Ancaq onunla görüşə bilməyiblər. İlqar Məmmədov isə onlara məktub göndərib. Yazıb ki, saxlanma şəraitindən ciddi bir narazılığı yoxdur.
İsmayıllı hadisələrində ittiham olunan İlqar Məmmədovla Tofiq Yaqublu Gəncədəki təcridxanaya bir neçə gün əvvəl köçürülüb.
Noyabrın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı ittiham olunanların məhkəməsi başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG